Prezident İlham Əliyev şahmat üzrə dünya çempionu olmuş Aydın Süleymanlını təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gənc şahmatçı Aydın Süleymanlınl təbrik edib.

Təbrikdə deyilir:

Əziz Aydın,

Hindistanda oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatında 14 yaşlılar arasında qələbə qazanmağın münasibətilə səni ürəkdən təbrik edirəm.

Sən ilk turlardan yarışa liderlik edərək turniri qələbə ilə başa çatdırdın və həmyaşıdların arasında şahmat üzrə dünya çempionu adını qazanaraq şahmat tariximizdə daha bir parlaq səhifə açdın.

Sənə ən xoş arzularımı yetirir, yeni-yeni qələbələr diləyirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

AZTV-nin aparıcısı yol qəzasına düşdü –

Sonrakı məqalə

Çində kafedə partlayış olub –