Prezident İlham Əliyev Türk dövlətləri başçılarının sammitində ÇIXIŞI:"Bu qərar əməkdaşlığımızın dərinləşməsinə xidmət edəcək” (VİDEO)

“Özbəkistanı Türk Şurasına üzv olması münasibəti ilə səmimi qəlbdən təbrik edirəm”.

Bunu bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev deyib. Dövlət başçısı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə müdrik qərarına görə təşəkkürünü çatdırıb: “Özbəkistanın bu qərarı türk dünyasında birlik və həmrəyliyin daha da güclənməsinə, əməkdaşlığımızın daha da dərinləşməsinə xidmət edəcək”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən dövr ərzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına uğurlu sədrliyinə görə Qırğızıstan Prezidenti Sooronbay Jeenbekova minnətdarlıq edib.

Prezident İlham Əliyev Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin Türk Şurasının fəxri sədri statusunda Zirvə Görüşünlə iştirak etdiyini də diqqətə çatdırıb: “Əziz qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü və Türk Şurasına üzv ölkələrin prezidentlərinin birgə qərarı ilə Nursultan Nazarbayevə Türk Şurasının fəxri sədri adı verilib. Nursultan Nazarbayevin Türk Dünyasında əlaqələrin inkişafı, Türk Şurasının yaradılmasında böyük xidmətləri var”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sepah xüsusi əməliyyat keçirdi

Sonrakı məqalə

Göygöl DYP-yə yeni rəis təyin olunub