Prezident İlham Əliyev Zelenskiyə başsağlığı verdi:"Bu xəbər məni son dərəcə kədərləndirdi"

Prezident İlham Əliyev Ukraynanın Prezidenti Vladimir Zelenskiyə başsağlığı verib.

Başsağlığında deyilir: “Hörmətli cənab Prezident, Odessa şəhərində kollecdə baş vermiş yanğın nəticəsində insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Ukrayna xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibi təsdiq edilib

Sonrakı məqalə

Yeni Suraxanıda daxili yollarının əsaslı təmirinə 7,8 milyon manat ayrıldı