Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan əlaqələri xalqlarımızın iradəsindən güc alır

User 31 Avqust 2024 - 11:36 (Last updated: 21 May 2025 - 20:15)
ilham aliyev

Gündən-günə genişlənən və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş Azərbaycan-Qırğızıstan əlaqələri tarixən dostluq şəraitində yaşamış və bir-birinə qırılmaz tellərlə bağlı olan xalqlarımızın iradəsindən, bir-birinə bəslədiyi qarşılıqlı hörmətdən güc alır.

Bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarova bu ölkənin Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.

Dövlətimizin başçısı vurğulayıb ki, Sadır Japarovun rəhbərliyi ilə icra olunan irimiqyaslı proqramlar və layihələr qardaş Qırğızıstanın hərtərəfli inkişafına, qırğız xalqının sosial-iqtisadi tərəqqisinə və rifahına xidmət edir.

“Dövlətlərarası münasibətlərimizin ötən dövr ərzində birgə səylərimizlə inkişaf edərək yeni mərhələyə qədəm qoyması məmnunluq doğurur. Şübhəsiz, qarşılıqlı səfərlərimiz və mütəmadi görüşlərimiz bunun üçün yaxşı şərait yaratmışdır”, – deyə Azərbaycan Prezidenti qeyd edib.

Bu gün ölkələrimiz arasında bir sıra sahələrdə, xüsusilə də ticarət, iqtisadiyyat, investisiya və nəqliyyat sahələrində əməkdaşlığın uğurla inkişaf etdiyini bildirən Prezident İlham Əliyev deyib: “Əminəm ki, qardaş xalqlarımızın rifahı naminə birgə səylərimizlə mövcud tərəfdaşlıq potensialının reallaşdırılmasına, ənənəvi dostluq əlaqələrimizin və səmərəli işbirliyimizin daha da genişlənməsinə nail olacağıq”.

Azərbaycan Prezidenti, həmçinin qırğız həmkarının iyulun əvvəlində Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Şuşaya səfərini və apardıqları müzakirələri yüksək qiymətləndirib.

 

 

Post navigation

Previous: Prezident İlham Əliyev Sadır Japarova təbrik məktubu ünvanlayıb
Next: Hava haqqında

Oxşar xəbərlər

mehriban aliyeva
  • Siyasət

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət bayramı ilə bağlı paylaşım edib

User 29 Oktyabr 2026 - 09:31
ilham aliyev
  • Siyasət

İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib

User 28 Oktyabr 2026 - 22:44
ilham isesko
  • Siyasət

İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

User 27 Oktyabr 2026 - 14:07

xƏBƏR

həbsxana
  • Sosial

Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib

User 29 Oktyabr 2026 - 10:29
Son 6 ildə həbsxanalarda 21 uşaq dünyaya gəlib. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, 4 saylı...
Read more about Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib
Azərbaycanda 119 nəfər saxlanıldı – 94-ü borclu şəxslərdir polis
  • Kriminal

Azərbaycanda 119 nəfər saxlanıldı – 94-ü borclu şəxslərdir

User 29 Oktyabr 2026 - 10:26
Sabah Milli Məclis Yeni Ombudsmanı seçəcək sebine ombudsman
  • Sosial

Sabah Milli Məclis Yeni Ombudsmanı seçəcək

User 29 Oktyabr 2026 - 10:21
Rusiya, Ukrayna və ABŞ arasında danışıqların vaxtı açıqlandı rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ arasında danışıqların vaxtı açıqlandı

User 29 Oktyabr 2026 - 10:13
İrana yeni zərbə planı – ABŞ Körfəz ölkələrini xəbərdar etdi abs iran savas
  • Dünya

İrana yeni zərbə planı – ABŞ Körfəz ölkələrini xəbərdar etdi

User 29 Oktyabr 2026 - 09:35
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.