Prezident İlham Əliyev Berlində İqlim Dialoqu ilə bağlı sammitdə iştirak edəcək

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edəcək.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Kansleri Olaf Şoltsun çıxışı nəzərdə tutulub.

Səfər çərçivəsində Prezident İlham Əliyevin Almaniya Prezidenti və Almaniya xarici işlər naziri ilə görüşləri də planlaşdırılıb.

Əvvəlki məqalə

“Tramp qayıtsa, dollardan imtina edən ölkələri cəzalandıracaq”

Sonrakı məqalə

ABŞ dövlət katibi bu gün Çin lideri ilə görüşəcək