Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Prezident İlham Əliyevin Vladimir Putinlə geniş tərkibdə görüşü keçirilib

User 19 Avqust 2024 - 17:20 (Last updated: 21 May 2025 - 20:15)
ilham putin genis terikb

Avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə geniş tərkibdə görüşü olub.

Görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:

-Hörmətli Vladimir Vladimiroviç. Hörmətli nümayəndə heyətlərinin üzvləri. Sizi Azərbaycanda bir daha səmimi-qəlbdən salamlayıram.

Dünən və bu gün artıq ikitərəfli gündəliyi nəzərdən keçirdik. Qarşılıqlı fəaliyyətimizin çox mühüm məsələlərini müzakirə etdik və indi işimizi geniş tərkibdə davam etdiririk.

İlk növbədə, Sizi bir daha salamlamaq istərdim. Siz birinci dəfə deyil ki, Azərbaycana gəlirsiniz, amma ilk dəfədir dövlət səfəri edirsiniz və bu səfər ikitərəfli münasibətlərimiz üçün müstəsna əhəmiyyətə malikdir.

Bu gün Sizinlə artıq fikir mübadiləsi apardıq, dost, qonşu və müttəfiq olan ölkələrimiz arasında münasibətlərin inkişafından məmnunluq ifadə etdik. Bütün istiqamətlər üzrə müsbət dinamika görürük. Nümayəndə heyətlərimizin tərkibi də bunu çox əyani şəkildə göstərir. Bu, çox mətləblərdən xəbər verir. Yəni, qarşılıqlı fəaliyyətin müzakirəsi üçün mövzular çoxdur və qarşılıqlı fəaliyyətimizin əhatə dairəsi ildən-ilə genişlənir.

Biz bütün istiqamətlər üzrə qarşılıqlı fəaliyyətimizi möhkəmləndirmək əzmindəyik və əminəm ki, Sizin səfəriniz ölkələrimizin və xalqlarımızın yaxınlaşmasında növbəti mühüm addım olacaq.

Bir daha xoş gəlmisiniz.

Prezident Vladimir Putin çıxış edərək dedi:

-Dəvətə görə çox sağ olun. Siz də artıq qeyd etdiyiniz kimi, bizim hər iki tərəfdən geniş nümayəndə heyətimiz var. Rusiya Federasiyası Hökuməti demək olar ki, tam heyətdə buradadır.

Artıq Sizinlə qeyd etdik və xatırladıq ki, bu yaxınlarda, on gün əvvəl hökumətlərarası komissiyanın iclasında münasibətlərimizin inkişaf etdiyi bildirildi – təkcə bildirilmədi, həm də qeyd edildi ki, biz 2022-ci ilin müvafiq Bəyannaməsində təsbit olunmuş və Sizin cari ilin aprelində səfəriniz zamanı əldə olunmuş razılaşmaları tam həcmdə yerinə yetiririk.

Belə geniş tərkibdə iş bizə ən yaxın perspektivdə gələcəyə yönəlmiş addımları müəyyən etməyə imkan verir. Hərçənd, əvvəlki görüşümüz “məhdud tərkibdə” adlansa da tamamilə prioritet xarakterli bir sıra məsələlər tam nəzərdən keçirildi.

Biz hələ müvafiq sənədləri imzalamalıyıq, həmkarlar isə dünən axşam, bizim də Sizinlə etdiyimiz kimi, qeyri-rəsmi şəraitdə, bu gün isə artıq gün ərzində öz aralarında ünsiyyət qurmaq və ən yaxın perspektiv üçün addımları müəyyənləşdirmək imkanı əldə etdilər.

Beləliklə, Sizə təşəkkürümü bildirirəm.

Prezident İlham Əliyev: Sağ olun.

Post navigation

Previous: Azərbaycanla Rusiya arasında bu sənədlər imzalanıb
Next: İlham Əliyev və Putin Bakıda kilsəni ziyarət edib

Oxşar xəbərlər

ceyhun fidan02
  • Siyasət

Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü

User 29 Oktyabr 2026 - 15:32
ceyhun fidan
  • Siyasət

Ceyhun Bayramov TDT XİN Şurasının iclasında iştirak edib

User 29 Oktyabr 2026 - 12:29
ceyhun ukr
  • Siyasət

Ceyhun Bayramov Türkiyəyə getdi

User 29 Oktyabr 2026 - 11:09

xƏBƏR

dava
  • Sosial

Məktəbdə insidentlə bağlı cinayət işi başlanılıb – 3 nəfər məsuliyyətə cəlb olunub

User 29 Oktyabr 2026 - 16:56
Yasamal rayonunda yerləşən orta məktəbdə “Real Təhlil və İnformasiya Mərkəzi”nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı...
Read more about Məktəbdə insidentlə bağlı cinayət işi başlanılıb – 3 nəfər məsuliyyətə cəlb olunub
Prezident İlham Əliyev Türkiyəyə getməyəcək ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə getməyəcək

User 29 Oktyabr 2026 - 16:12
Ölkədə 9 ayda 22 804 cinayət qeydə alınıb – 6,4 ton narkotik götürülüb din kolleg
  • Sosial

Ölkədə 9 ayda 22 804 cinayət qeydə alınıb – 6,4 ton narkotik götürülüb

User 29 Oktyabr 2026 - 16:03
Bakıda mənzil almaq çətinləşir – 50, 70 və 100 kvadratlıq evlər neçəyədir? menzil
  • Baş Yazı

Bakıda mənzil almaq çətinləşir – 50, 70 və 100 kvadratlıq evlər neçəyədir?

User 29 Oktyabr 2026 - 15:43
Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü ceyhun fidan02
  • Siyasət

Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü

User 29 Oktyabr 2026 - 15:32
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.