Prezident Katibliyinin rəisi-köməkçisi postu ləğv edilib

29 Noyabr 2019 - 18:23

Prezidentin Katibliyinin rəisi-Prezidentin köməkçisi postu ləğv edilib.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin Prezident Administrasiyasının yeni strukturu barədə sərəncamında əksini tapıb.

Qeyd edək ki, Prezidentin Katibliyinin rəisi-Prezidentin köməkçisi Dilarə Seyidzadə olub.