Venesuela prezidenti Maduro Puerto-Riko adasını ABŞ işğalından azad etməyi planlaşdırdığını bəyan edib. Azpost bildirir ki, o bu barədə üçüncü inauqurasiya mərasimindən sonra bildirib. Nikolas Maduro "Puerto-Rikonu Amerikanın təsirindən azad etmək" niyyətini açıqlayıb: "Puerto Rikonun azadlığı çox yaxındadır". Ukrayna və Aİ əvvəllər Maduronun yeni prezidentlik müddətinin legitimliyini tanımayıb. ABŞ onun həbsinə səbəb olacaq məlumatlara görə mükafatı 25 milyon dollara qədər artırıb.