ABŞ Prezidenti Donald Tramp prezident fəaliyyəti ilə bağlı zarafat edib. “Qafqazinfo” xəbər verir ki, Ağ Ev rəhbərinin sözlərini “Fox News” yayıb. O bildirib ki, seçkiyə qatılmağın nə qədər təhlükəli olduğunu bilsəydi, namizədliyini irəli sürmək barədə iki dəfə düşünərdi, lakin heç kim ona bu barədə xəbərdarlıq etməyib. “Prezident olmaq çox təhlükəli işdir”, - o qeyd edib. Trampın fikrincə, prezidentin işi yarış maşını sürücüsü olmaqdan və ya öküz idarə etməkdən daha təhlükəlidir. AzPost.az