Prezident Ruhaninin müttəfiqləri seçkiyə buraxılmadı

25 May 2021 - 17:26

İranın Qəyyumlar Şurası gələn ay keçiriləcək prezident seçkisinə yeddi namizədi buraxıb, vəzifədən gedəcək Prezident Həsən Ruhaninin müttəfiqlərinin namizədliyini təsdiqləməyib.

Seçkiyə İbrahim Rəisi, Möhsün Rezai, Səid Cəlili, Əmirhüseyn Qazizadə-Haşimi, Əbdülnasir Hümməti, Möhsün Mehralızadə və Əlirza Zakani buraxılıb. Siyahı Daxili İşlər Nazirliyi tərəfindən mayın 25-də açıqlanıb və seçki kampaniyasına start verilib.

Qəyyumlar Şurası tanınmış siyasətçilərin siyahıdan çıxarılmasını izah etməyib. Beləliklə də, İran ədliyyəsinin başçısı, sərt xətt tərəfdarı olan Rəisi 18 iyun seçkisində dominant mövqeyə keçib.