Prezident səfirlər korpusunda dəyişiklik etdi –Yeni təyinatlar və geri çağırılmalar

Prezident İlham Əliyev Azərbaycanın diplomatik korpusunda bir sıra kadr dəyişiklikləri edib.

AZPOST xəbər verir ki, dövlət başçısının imzaladığı sərəncamlara əsasən, Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə tutduğu vəzifədən geri çağırılıb.

Digər sərəncamla Tahir Tağızadə Azərbaycanın Serbiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezidentin daha bir sərəncamı ilə Esmira Cəfərova Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.

Eyni zamanda, Azərbaycanın BMT-nin Cenevrə bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov da tutduğu vəzifədən geri çağırılıb. Qeyd edək ki, o, bu vəzifəyə 26 iyul 2021-ci ildə təyin edilmişdi.

Bundan başqa, Kamil Xasiyev Azərbaycanın Serbiya, eyni zamanda Monteneqro və Şimali Makedoniyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Prezidentin digər sərəncamı ilə Kamil Xasiyev Azərbaycanın Avstriyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Xatırladaq ki, Kamil Xasiyev 23 iyul 2021-ci il tarixində Azərbaycanın Serbiyadakı səfiri vəzifəsinə təyin olunmuşdu.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.