Prezident İlham Əliyev Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
AzPost bildirir ki, sərəncama əsasən Elm və Təhsil Nazirliyinin tabeliyindəki bəzi qurumlar publik hüquqi şəxsə çevrilib.
Bu sırada iki elmi İnstitut ləğv edilir. İdarəetmə Sistemləri İnstitutunun və Riyaziyyat və Mexanika İnstitutunun əsasında Riyaziyyat İnstitutu publik hüququ şəxs yaradılacaq.
Qeyd edək ki, Riyaziyyat və Mexanika İnstitutuna sabiq təhsil naziri Misir Mərdanov başçlıq edir.
Keçmiş təhsil naziri Misir Mərdanov 2013-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitunun direktoru vəzifəsinə təyin edilib.
İdarəetmə Sistemləri İnstitutunun rəhbəri isə sabiq rabitə naziri Əli Abbasovdur. O, 2021-ci ildə bu vəzifəyə təyin olunub.