Prezident Sabir Rüstəmxanlını “Şöhrət” ordeni ilə təltif edib –

SƏRƏNCAM
20 May 2021 - 16:30

Prezident İlham Əliyev Sabir Xudu oğlu Rüstəmxanlının “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

S. Rüstəmxanlı Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə bu mükafata layiq görülüb.