Prezident Sarkisyan istefa ərizəsini xarici ölkədə yazıb

Armen Sarkisyan prezident postundan istefa ərizəsini ölkə xaricində yazıb.

“Sputnik Armernia” xəbər verir ki, bu barədə Ermənistan Prezidentinin Aparatı məlumat verib.

Bildirilib ki, Armen Sarkisyan dövlət başçısı postundan istefa ərizəsini xaricdə yazmasını müalicəsini yarımçıq qoyub, Ermənistana qayıda bilməməsi ilə əsaslandırıb.

“Armen Sarkisyan uzun illər əvvəl ağır xəstəliyə qalib gəlib və bundan sonra həmişə onun xəstəliyindən məlumatlı olan həkimlərin nəzarəti altında müayinələr keçir”, – məlumatda qeyd olunub.

Xatırladaq ki, Armen Sarkisyan yanvarın 23-də Ermənistan Prezidenti postundan istefa verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda son sutkada 2 468 nəfər COVID-19-a yoluxub

Sonrakı məqalə

Vatikandan dünyaya sülh çağırışları