Prezident siyasi partiyaları və QHT-ni topladı –Milli Etibar Şurasının ilk iclası keçirilib

Sentyabrın 6-da Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə Milli Etibar Şurasının ilk iclası keçirilib.

Azərtac xəbər verir ki, tədbirin əsas məqsədi siyasi partiyaların, vətəndaş cəmiyyətinin nümayəndələri ilə geniş müzakirə əsasında dövlət siyasətinin aktual problemləri ilə bağlı təklif və tövsiyələrin hazırlanmasıdır.

Prezident çıxışında Milli Şuranın ölkənin inkişafına və modernləşməsinə yönəlmiş təşəbbüs və təkliflərin hazırlanmasında rolunu vurğulayıb.

İclasda vətəndaş cəmiyyətinin və ictimaiyyətin rəyi nəzərə alınmaqla əhəmiyyətli strateji problemlərə nəzərdən keçirilib, ictimaiyyət, siyasi partiyalar, qeyri-hökumət sektoru və dövlət qurumları nümayəndələri arasında konstruktiv dialoqun təmini mexanizmləri və Milli Şuranın iş planına dair təkliflər müzakirə edilib.

Qeyd edək ki, ölkə başçısı cari il iyunun 12-də keçirilən andiçmə mərasimində Milli Etibar Şurasının yaradıldığını elan etmişdi.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İsgəndər Həmidov Türkiyədə ürəyindən əməliyyat olunub –

Sonrakı məqalə

Azərbaycanda hər 8 nəfərdən biri qaçqın və köçkündür –