Prezident Tramp rəsmən bəyan etdi:"Bağdadi qorxaq köpək kimi öldürüldü”

İŞİD terror təşkilatının rəhbəri Əbubəkr əl-Bağdadi dünən gecə ABŞ hərbçilərinin Suriyanın İdlib vilayətində keçirdiyi əməliyyat zamanı öldürülüb.

Bunu bu gün keçirdiyi  mətbuat konfransında ABŞ Prezidenti Donald Tramp bəyan edib.

D. Tramp DNA testinin keçirildiyini və öldürülən şəxsin İŞİD terror təşkilatının rəhbəri olduğunun təsdiqləndiyini söyləyib: “Rusiyaya, Türkiyəyə, Suriyaya və suriyalı kürdlərə İŞİD terror təşkilatının liderinin öldürülməsində bizə verdikləri dəstəyə görə təşəkkür edirəm. Əbubəkr əl-Bağdadi bir qorxaq köpək kimi öldürüldü”.

Qeyd edək ki, bu gün “Newsweek” jurnalı ABŞ Quru Qoşunlarındakı mənbəyə istinadən İŞİD terror təşkilatının rəhbəri Əbubəkr əl-Bağdadi ABŞ hərbçilərinin Suriyanın İdlib vilayətində keçirdiyi əməliyyat zamanı öldürüldüyü barədə məlumat yayıb.  Pentaqon Ağ Evə keçirilən əməliyyat zamanı böyük əminliklə İŞİD liderinin öldürüldüyü barədə məlumat verib. Jurnal yazıb ki, ABŞ Prezidenti Donald Tramp bir həftə əvvəl əməliyyatın keçirilməsini dəstəkləyib. D. Tramp artıq “Twitter” sosial şəbəkəsindəki səhifəsində “çox əhəmiyyətli hadisə”nin baş verdiyini yazıb. Ancaq ABŞ Prezidenti hansı hadisənin baş verdiyinə aydınlıq gətirməyib. Sonradan Ağ Evin mətbuat xidməti D. Trampın bu gün yerli vaxtla saat 09.00-da (Bakı vaxtı ilə saat 17.00) vacib bəyanat verəcəyini açıqlayıb. (APA)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bağdadini Türkiyə sərhəddinin yaxınlığında necə öldürüblər? –

Sonrakı məqalə

Telejurnalist Poznerlə görüşdə Qarabağla bağlı etiraz –