Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Prezident Trampa qarşı sui-qəsd: Atəş açıldı, partlayışlar baş verdi –

User 26 Aprel 2026 - 08:37 (Last updated: 26 Aprel 2026 - 08:46)
tramp sui qesd

ABŞ Prezidenti Donald Tramp şənbə günü ABŞ paytaxtındakı bir oteldə keçirilən Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulundan təhlükəsizlik insidenti səbəbindən təxliyə edilib.

Canlı yayım görüntülərinə görə, zalda güclü partlayışlar baş verib, ardınca xaos yaşanıb.

Məxfi Xidmət agentləri prezidenti, birinci xanım Melaniya Trampı, vitse-prezident Ceyms Devid Vensi və Ağ Evin mətbuat katibi Kerolayn Livitti səhnədən müşayiət ediblər.

ABŞ prezidenti Donald Trampın iştirak etdiyi qəbulda atəş açan şəxs saxlanılıb.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Biz Gizli Xidmətdən atəş açan şəxsin saxlanıldığını eşitdik”, – məlumatda deyilir.

 

“Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda baş verən atışma zamanı ABŞ administrasiyasından heç kim xəsarət almayıb”.

Bunu ABŞ prezidenti Donald Tramp öz “Truth” hesabında yazıb.

“Birinci xanım Melaniya Tramp, vitse-prezident Ceyms DEvid Vens və Nazirlər Kabinetinin bütün üzvləri mükəmməl vəziyyətdədirlər”, – Tramp yazıb.

 

ABŞ prezidenti Donald Trampın iştirak etdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda baş verən atışmanı törətməkdə şübhəli bilinən şəxsin kimliyi məlum olub.

Bu barədə “New York Post” qəzetinin jurnalisti Kerol Markoviç öz “Facebook” səhifəsində məlumat verib.

“Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atəş açmağa cəhd edən şəxs Kaliforniyanın Torrens şəhərindən olan 31 yaşlı Kol Tomas Allendir və hazırda saxlanılıb”, – o yazıb.

“Axios” şübhəlinin ov tüfəngi ilə silahlandığını və təhlükəsizlik baryerindən keçmək istədiyini yazıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp öz “Truth” hesabında həmin şəxsin fotosunu yayıb.

ABŞ prezidenti Donald Trampın da iştirak etdiyi şam yeməyində atəş açdıqdan sonra həbs olunan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq.

Bu barədə Vaşinqton ştatının prokuroru Janin Pirro məlumat verib.

“Təqsirləndirilən şəxs bazar ertəsi günü federal rayon məhkəməsində hakim qarşısına çıxacaq”, – Pirro bildirib .

 

“Vaşinqtondakı Hilton oteldə Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atəş açan şəxs çox güman ki, təkbaşına hərəkət edib”.

Bunu ABŞ prezidenti Donald Tramp mətbuat konfransında bildirib.

“Atıcı çox güman ki, təkbaşına hərəkət edib. Çox tezliklə bunu biləcəyik”, – Tramp deyib.

Tramp bundan başqa həmin şəxsin bir neçə silahla silahlandığını deyib.

 

Tramp onu da qeyd edib ki, hadisə zamanı ABŞ Gizli Xidmətinin əməkdaşlarından biri vurulub, lakin onun zirehli geyimi onu ciddi xəsarətdən xilas edib.

“Zabitlərdən biri vurulub, lakin onun güllə keçirməyən jilet geyinməsi onu xilas edib. O, çox yaxın məsafədən çox güclü silahla vurulub, amma jileti işə yarayıb. Mən həmin zabitlə danışdım və o, əla vəziyyətdədir”, – deyə Tramp bildirib.

 

ABŞ prezidenti Donald Trampın da iştirak etdiyi şam yeməyində atəş açdıqdan sonra həbs olunan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq.

Bu barədə Vaşinqton ştatının prokuroru Janin Pirro məlumat verib.

“Təqsirləndirilən şəxs bazar ertəsi günü federal rayon məhkəməsində hakim qarşısına çıxacaq”, – Pirro bildirib .

 

https://azpost.info/wp-content/uploads/2026/04/document_5433714833004471710.mp4

 

AzPost.az

Post navigation

Previous: Tramp İrandan yeni təklif aldıqlarını bildirib
Next: Müəllim Trampı Reyqana güllə atılan oteldə öldürməyə cəhd edib

Oxşar xəbərlər

ilham aliyev erdoqan beyanat
  • Baş Yazı

Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN

User 08 Noyabr 2026 - 18:31
beyanat prez
  • Baş Yazı

Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuat üçün  Bəyanatı – CANLI

User 08 Noyabr 2026 - 15:36
ilham erdoqan
  • Baş Yazı

Ərdoğan Azərbaycana səfərə gəldi – RƏSMİ QARŞILANMA / VİDEO

User 08 Noyabr 2026 - 13:56

xƏBƏR

ilham aliyev erdoqan beyanat
  • Baş Yazı

Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN

User 08 Noyabr 2026 - 18:31
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla...
Read more about Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN
Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı? erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37
Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.