Prezident xüsusi karantin rejimini pozan icra başçısına töhmət verdi –

SƏRƏNCAM
21 Aprel 2020 - 18:33

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Rza oğlu Bağırova Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə töhmət elan edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, Nahid Bağırov 5 mart 2020-ci ildə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.