Prezident Zelenski gəlirlərini açıqladı

Ukrayna prezidenti Vladimir Zelenski əmlak və gəlir bəyannaməsini təqdim edib.

Azpost.info bildirir ki, Zelenski və ailəsi 2022-ci ildə 3,7 milyon qrivna – 98 min dollardan çox qazanıb. Bu barədə onun ofisinin saytında məlumat verilib.
Ukrayna lideri 2021 və 2022-ci illər üçün əmlak, gəlir, xərc və maliyyə öhdəlikləri haqqında bəyannamələr dərc edib. Son məlumata görə, Ukrayna prezidentinin və onun ailə üzvlərinin gəlirləri 3,692 milyon qrivna – 98 min dollardan çox olub.

Eyni zamanda, 2021-ci ildə Zelenskinin və ailəsinin gəliri demək olar ki, 11 milyon qrivenə çatıb – indiki məzənnə ilə bu  290 min dollardan çoxdur. 2020-ci ildə Zelenski təxminən 22,75 milyon qrivna və ya 815 min dollar qazanıb.

Əvvəlki məqalə

“ABŞ -ın hərbi bazasına hücuma cavab verəiləcək” –

Sonrakı məqalə

“Simpsonlar” filmində 13 il əvvəl verilmiş daha bir məşum proqnoz tapılıb