“Qazaxıstanda bir dəfə olmaqla, yeddiillik prezidentlik müddəti tətbiq olunarsa, bu, cəmiyyətin və dövlətin yenilənməsinə keyfiyyət qatacaq”.
Azpost.info xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib.
Tokayevin fikrincə, seçki sistemində əsaslı dəyişikliklər vətəndaşların həqiqi xalq məclislərinin (yerli nümayəndəlik orqanlarının) və parlamentin formalaşmasında fəal iştirakını təmin edəcək.
Onun fikrincə, bu, həm də inhisarçılıq və hətta hakimiyyəti qəsb etmək cəhdlərinə etibarlı sədd yaradacaq.
Tokayev qeyd edib ki, şəhər və rayonların icra başçılarının birbaşa seçilməsi yolu ilə yerli idarəetmənin daha səmərəli sistemi formalaşacaq.
Azpost.info