Prezidentin köməkçisi yoluxmanın artma səbəbini açıqladı

“Avropa ölkələrindən birinin nümayəndəsi dedi ki, Azərbaycanda həyata keçirilən tədbirlərin heç 20 faizi onların ölkəsində həyata keçirilməyib. Ancaq həmin ölkədə yoluxmaların səviyyəsi Azərbaycandan azdır”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, buna əsas səbəb maska və sosial məsafə tələblərinə riayət olunmamasıdır.

“Son 10 illik ərzində belə pandemiya olmayıb”- deyə Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, bu pandemiyanın nə zaman başa çatacağı, virusa nə zaman qalib gələcəyimiz barədə məlumat yoxdur: “Pandemiya tək səhiyyə problemi deyil. Koronavirus dünyada çox böyük sosial, iqtisadi, maliyyə və digər prloblemlərə yol açır. Koronavirus dünyada mövcud olan aclıq, yoxsulluq və digər problemləri də ağırlaşdırır. 1933-cu il böhranından bu yana görünməmiş qlobal tənəzzül proqnozlaşdırılır. Dünyada virusa yoluxan 500 mindən artıq insan həyatını itirib”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, dünyanın hər bir yerində koronavirus təhlükəsi aradan qalxmadıqca tam təhlükəsiz olduğunu deyə bilməyəcəyik: “Ona görə də dünya ölkələrində müəyyən açılmalar olur, sonra virusa yoluxma artır və yenidən karantin tətbiq olunur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Elmar Məmmədyarov erməni həmkarı ilə internetdə görüşdü

Sonrakı məqalə

Karantin rejimi 2 həftə yenidən uzadılacaq –