Prezidentin ötən il yaratdığı yeni xidmət 228 cütlüyü barışdırıb

Ötən il mediasiya xidməti sayəsində nikahın pozulmasından imtina edən cütlüklərin sayı açıqlanıb. 

Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2019-cu ildə Bakı şəhərinin rayon və “ASAN xidmət” mərkəzlərindəki qeydiyyat şöbələrində nikah münasibətlərinin möhkəmlənməsinə dəstək verilməsi, nikahın pozulması hallarının mümkün qədər qarşısının alınması məqsədilə mediasiya xidmətinin göstərilməsinə dair müraciət edənlərdən 456 nəfəri (228 cütlük) nikahın pozulmasından imtina edib.

Qeyd edək ki, ölkədə “Mediasiya haqqında” qanunun tətbiqinə bu ilin iyulun 1-dən başlanılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şadlıq sarayında ölən fəhləyə görə sahibkar həbs olundu –

Sonrakı məqalə

ABŞ Senatında impiçment müzakirələri başlandı –