Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Prezidentin sabiq köməkçisi deputatlığa namizədliyini irəli sürüb

User 18 İyul 2024 - 19:17 (Last updated: 21 May 2025 - 20:15)
azer emiras
Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri Azər Əmiraslanov deputat olmaq istəyir.
Modern.az xəbər verir ki, o, 108 saylı Ağstafa seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb.
Azər Əmiraslanov 19 iyul 1971-ci ildə Bakı şəhərində anadan anadan olub. Əslən Borçalı mahalındandır.

O, 2005-ci ildə 98 saylı Şəmkir şəhər seçki dairəsindən Üçüncü Çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib, parlamentin İqtisadi siyasət daimi komissiyasının sədr müavini olub. 2008-ci ildə Prezident Administrasiyasının şöbə müdiri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq, Mərkəzi Seçki Komissiyasının qərarı ilə deputat səlahiyyətlərinə xitam verilib.

Sabiq deputat 2017-2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri vəzifəsində çalışıb. Azər Əmiraslanov Baş nazirin 2019-cu il 4 dekabr tarixli sərəncamı ilə Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 1-ci dərəcəli dövlət müşaviridir.
Hakim Yeni Azərbaycan Partiyası (YAP) sözügedən dairədən Gülgün Kərimovun namizədliyini irəli sürüb.
Qeyd edək ki, Azər Əmiraslanovun namizədliyinin irəli sürülməsi barədə məlumatı daha əvvəl “Unikal.az” yayıb.

Post navigation

Previous: Ərdoğan Trampla danışıb, sui-qəsd cəhdini pisləyib
Next: Prezident “Avropa Siyasi Birliyi”nin sammiti çərçivəsində dəyirmi masada çıxış edib

Oxşar xəbərlər

mektebli
  • Sosial

Məktəbdə jurnalistləri döyən şagird boksçu imiş

User 29 Oktyabr 2026 - 13:26
həbsxana
  • Sosial

Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib

User 29 Oktyabr 2026 - 10:29
sebine ombudsman
  • Sosial

Sabah Milli Məclis Yeni Ombudsmanı seçəcək

User 29 Oktyabr 2026 - 10:21

xƏBƏR

mektebli
  • Sosial

Məktəbdə jurnalistləri döyən şagird boksçu imiş

User 29 Oktyabr 2026 - 13:26
Ötən gün Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə REAL TV-nin çəkiliş qrupuna hücum olub. Trend...
Read more about Məktəbdə jurnalistləri döyən şagird boksçu imiş
İsraildə seçkilərin nəticələri – Netanyahunun bloku 53 mandatda qalıb israil
  • Dünya

İsraildə seçkilərin nəticələri – Netanyahunun bloku 53 mandatda qalıb

User 29 Oktyabr 2026 - 13:12
Ceyhun Bayramov TDT XİN Şurasının iclasında iştirak edib ceyhun fidan
  • Siyasət

Ceyhun Bayramov TDT XİN Şurasının iclasında iştirak edib

User 29 Oktyabr 2026 - 12:29
Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi Avropanın çığır-bağırı Trampın vecinə də deyil
  • Dünya

Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi

User 29 Oktyabr 2026 - 11:18
Ceyhun Bayramov Türkiyəyə getdi ceyhun ukr
  • Siyasət

Ceyhun Bayramov Türkiyəyə getdi

User 29 Oktyabr 2026 - 11:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.