Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

Prezidentin “Şuşa mesajı” –

User 22 İyul 2024 - 22:43 (Last updated: 21 May 2025 - 20:15)
ilham susa forum

İyulun 20-də 2-ci Şuşa Qlobal Media Forumunda xarici jurnalistlərin suallarına cavablandıran prezident İlham Əliyev Azərbaycan dövləti üçün çox mühüm olan tolerantlıq mövzusuna toxunub.

Dövlət başçısı minillərə söykənən bu tolerantlığın köklərinə toxunaraq qeyd edib ki, bu mühiti süni yaratmaq mümkün deyil. Burada bir sintez var, fərqli amillərin vəhdəti var. Burada bu amillərdən biri olmasaydı, qarşılıqlı hörmət, məhəbbət mühiti mümkün olmazdı.

İlham Əliyev müxtəlif dini etiqadların, müxtəlif etnik qrupların birgə yaşamının Azərbaycan dövlətçiliyinin qurulmasında rol oynadığını deyib.

Prezident qeyd edib ki, Azərbaycanda yaşayan bütün xalqlar, Vətən müharibəsində iştirak ediblər. Dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər biri, hər bir nümayəndəsi öz həyatını qurban verib, sağlamlığından məhrum olub.

İlham Əliyev tolerantlıq siyasətini cəmiyyət və hökumət üçün bir nömrəli məsələ olduğunu vurğulayıb. “Bu, hər bir şeyin təməlidir”-deyə dövlət başçısı vurğulayıb.

Prezident bildirib ki, çoxmillətli cəmiyyət Azərbaycanın fəxr etdiyi amildir: “Hər şeyin təməlində cəmiyyətin öz məfkurəsi dayanır, bu, çox böyük dəyərdir. Elə bir dəyərdir ki, onu qucaqlamaq istəyirsən, öpmək istəyirsən və Tanrıya təşəkkürünü ifadə etmək istəyirsən ki, bunu sənə nəsib edib və biz bunu qorumalıyıq. Bizim hüququmuz yoxdur ki, bunu qorumayaq və biz cəmiyyət olaraq, hökumət olaraq bunu qoruyuruq, yaşadırıq”-deyə Prezident qeyd edib.

Dövlət başçısının sözlərinə görə, dini liderlər, onların sözləri, onların kəlamları çox vacibdir. Ölkə üçün, onun inkişafı və gələcəyi üçün fövqələhəmiyyətli məsələlərdə dövlət və dini rəhbərlər vahid mövqedən çıxış edirlər.

Azərbaycanın min illik tolernatlıq ənənələri müxtəlif səmavi dinlərə etiqad edən icmaların nümunəvi əməkdaşlığını ortaya qoyub.  Qafqaz Müsəlmanları İdarəsi bu əməkdaşlıq platformasında aparıcı qüvvədir.

QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadənin hər hansı fərqi qoymadan apardığı birlik prinsipi ölkədə həmrəyliyin yaranmasında mühüm rol oynayıb.

Bu baxımdan Azərbaycandakı dini tolerantlıq beynəlxalq müstəvidə həmişə dəstək ala bilib. Ölkədə məscidlər, kilsələr, sinaqoqlarında müsəlmanlar, xristianlar, yəhudilər rahat şəkildə ibadət edirlər. Dini təfriqə salacaq hər hansı bir təhlükə yoxdur.

44 günlük Vətən Müharibəsi bir daha həmrəylimizin nümayişi oldu. Azərbaycanın öz torpaqlarını azad etməsi uğrunda apardığı müharibə ölkəmizin bütün dini icmaları tərəfindən dəstəkləndi.

Cəmiyyətdə bərqərar olan multkultural tablo inzibati qayda ilə idarə olunmur. Bu, minillik tarixdən bu günümzə gəlib çıxan xüsusi ənənələrdir. Vətənimiz həmişə xalqların mehriban yaşadığı diyar olub. Ölkəmiz özünün tolerantlıq ənənələrinin tarixi ilə fəxr edir. Müxtəlif dini və mədəni icmaların birgə yaşadığı ölkə sahib olduğu tolerant kültürü ilə dünyanın alqışladığı bir hadisəyə çevrilib.

QMİ bu xəttə daim sadiq olub. Qurum dini icmaları vahid siyasi prinsip və mənəvi güc ətrafında birləşdirməklə  bu missiyasını uğurla davam etdirir.  Bütün bunlar isə din, hakimiyyət və cəmiyyət arasında vəhdət yaradır, dialoq üçün gözəl platformanı formalaşdırır.

Bu baxımdan QMİ sədri Allahşükür Paşazadə dini rəhbər kimi fəaliyyəti dövründə təkcə dini rəhbər kimi deyil, ictimai xadim olaraq bəşəri dəyərlərin və humanizm prinsiplərinin ardıcıl müdafiəçisi kimi çıxış edib.

Şeyxülislam bütün bu illərdə Azərbaycanın dünya çapında tanınmasında, ülvi ideyaları tərənnüm edən, dini həmrəyliyi dəstəkləyən və tolerantlıq prinsiplərini  özündə daşıyan siyasi prioritetlərinin təbliğində əlindən gələni əsirgəməyib.

Neçə illərdir ki, Bakı istər mədəniyyətlərarası, istərsə də dinlərarası dialoqa dair mötəbər beynəlxalq tədbirlərin, Qlobal və Humanitar Forumların ardıcıl keçirildiyi ənənəvi məkan kimi çıxış edir. Nufuzlu beynəlxalq qurumların rəhbərliyində, idarə Heyətlərində yer alan A.Paşazadə bu postları Azərbaycanın multkultural siyasətinin əsas hədəflərinin təbliği üçün tribunaya çevirə bilib.

Dövlətimizin dünyaya təqdim etdiyi tolerantlıq modeli xalqların dostluq və birgəyaşamasını təsdiq edən sistemdir.

Aydın ABBASOV

 

 

 

 

Post navigation

Previous: QHT layihə çərçivəsində Göygöl rayonunda tədbir keçirib –
Next: Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzəyev vəfat edib

Oxşar xəbərlər

SEYX
  • Din

Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək

User 28 Oktyabr 2026 - 13:04
seyx tdt02
  • Din

“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam

User 28 Oktyabr 2026 - 12:50
dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23

xƏBƏR

ceyhun fidan
  • Siyasət

Ceyhun Bayramov TDT XİN Şurasının iclasında iştirak edib

User 29 Oktyabr 2026 - 12:29
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak...
Read more about Ceyhun Bayramov TDT XİN Şurasının iclasında iştirak edib
Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi Avropanın çığır-bağırı Trampın vecinə də deyil
  • Dünya

Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi

User 29 Oktyabr 2026 - 11:18
Ceyhun Bayramov Türkiyəyə getdi ceyhun ukr
  • Siyasət

Ceyhun Bayramov Türkiyəyə getdi

User 29 Oktyabr 2026 - 11:09
Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib həbsxana
  • Sosial

Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib

User 29 Oktyabr 2026 - 10:29
Azərbaycanda 119 nəfər saxlanıldı – 94-ü borclu şəxslərdir polis
  • Kriminal

Azərbaycanda 119 nəfər saxlanıldı – 94-ü borclu şəxslərdir

User 29 Oktyabr 2026 - 10:26
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.