Primakovun nəvəsi “Rossotrudniçestvo”nun rəhbəri təyin olunub

Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr komitəsinin üzvü Yevgeni Primakov Rusiyanın MDB ölkələri, xaricdə yaşayan həmvətənlərlə iş üzrə Federal Agentliyi olan “Rossotrudniçestvo”nun rəhbəri təyin olunub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin müvafiq fərman imzalayıb.

Qeyd edək ki, Yevgeni Primakov Rusiyanın tanınmış dövlət xadimi, 90-cı illərdə ayrı-ayrı vaxtlarda Baş Nazir, Xarici İşlər naziri və Xarici Kəşfiyyat Xidmətinin rəisi işləmiş Yevgeni Primakovun nəvəsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İsmət Qayıbovun oğluna yüksək vəzifə verilib

Sonrakı məqalə

Milli Məclisin iyunun 29-da keçiriləcək iclasının gündəliyi məlum olub