Prokurorluq Nazarbayevin qardaşı oğlunun həbs xəbərinə münasibət bildirməkdən yayınıb

07 Yanvar 2022 - 18:37

Qazaxıstanın Baş Prokurorluğu sabiq prezident Nursultan Nazarbayevin qardaşı oğlu Samat Abişin həbs edilməsi ilə bağlı məlumata münasibət bildirməkdən imtina edib. 

Biz bu informasiyanı nə təkzib, nə də təsdiq edə bilərik”-deyə Baş Prokurorluqdan İnterfaks-a bildirilib.

Xatırladaq ki, Samat Abiş Milli Təhlukəsizlik Komitəsinin sədrinin birinci müavini olub. Ötən ilin sonlarında vəzifəsindən azad edilib.