Prokurorluq Nazarbayevin qardaşı oğlunun həbs xəbərinə münasibət bildirməkdən yayınıb
Qazaxıstanın Baş Prokurorluğu sabiq prezident Nursultan Nazarbayevin qardaşı oğlu Samat Abişin həbs edilməsi ilə bağlı məlumata münasibət bildirməkdən imtina edib.
“Biz bu informasiyanı nə təkzib, nə də təsdiq edə bilərik”-deyə Baş Prokurorluqdan İnterfaks-a bildirilib.
Xatırladaq ki, Samat Abiş Milli Təhlukəsizlik Komitəsinin sədrinin birinci müavini olub. Ötən ilin sonlarında vəzifəsindən azad edilib.
