Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

Paşinyan Soçi görüşünü pozmağa çalışıb, birgə Bəyanatı bloklamaq istəyib –

User 31 Oktyabr 2022 - 23:43 (Last updated: 21 May 2025 - 20:15)
soci ucterefli gorus

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Soçi görüşünün bəzi təfərrüatları üzə çıxıb.

Azpost.info bildirir ki, diplomatik mənbələrdən APA-ya məlum olub ki, görüşün gedişində Nikol Paşinyan bəzi iddialarla çıxış edib, müəyyən pozucu cəhdlərə əl atıb.

O, Azərbaycanın 2021-ci ilin may ayında Ermənistan sərhədini pozduğunu iddia edərək, görüşün yekunlarına dair Bəyanata 2021-ci ilin may ayından əvvəlki status-kvonun bərpa olunmasının salınmasını istəyib. Bundan başqa, Paşinyan sentyabrın 13-14-də sərhəddə baş verən insidentin də Bəyanatda əksini tapmasına çalışıb.

Lakin onun bu cəhdləri nəticəsiz qalıb. Belə olan halda, Paşinyan görüşün yekunlarına dair sənədin qəbul olunmasının bloklanmasına cəhd göstərib.

Lakin onun bu cəhdi də nəticə verməyib.

Rusiya Prezidenti Vladimir Putinin də təkidi ilə Bəyanat qəbul olunub.

Əslində, Bəyanatdan Paşinyanın pozuculuq cəhdlərinin əbəs olmadığını söyləmək mümkündür.

Bəyanatdan da aydın olur ki, sənəddə əksini tapan müddəalar Azərbaycanın maraqlarına cavab verir.

Belə ki, Bəyanatda Qarabağla bağlı bir kəlmə belə yoxdur. Bundan başqa, Azərbaycan və Ermənistan arasında bütün problemli məsələlərin yalnız BMT Nizamnaməsi və 1991-ci il Alma-Ata Bəyannaməsinə əsasən, bir-birinin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı tanınması əsasında həlli razılaşdırılıb.

Post navigation

Previous: Putin, İlham Əliyev və Paşinyanın imzaladığı Soçi Bəyanatı –
Next: Putin Soçi görüşündə razılaşdırılmayan məsələləri açıqlamaqdan imtina edib

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

hikmet
  • Siyasət

“Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi

User 08 Noyabr 2026 - 00:46
Azərbaycan Prezidentinin Köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəfər Günü ərəfəsində Şuşadan...
Read more about “Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi
İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı ayzenkot
  • Dünya

İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı

User 08 Noyabr 2026 - 00:40
Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd putin rezai
  • Dünya

Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd

User 08 Noyabr 2026 - 00:35
ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı abs gemi irana
  • Baş Yazı

ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı

User 08 Noyabr 2026 - 00:25
Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur şuşa turizm
  • Siyasət

Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur

User 08 Noyabr 2026 - 00:20
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.