Pulunuza qənaət etməyin 7 sadə yolu– Kiçik dəyişikliklər, böyük nəticə

Qiymət artımları fonunda ailə büdcəsini qorumaq bir çox insan üçün əsas məsələlərdən birinə çevrilib.

Azpost.info-nun məlumatına görə, maliyyə mütəxəssisləri bildirirlər ki, qənaət etmək yalnız gəliri artırmaqla deyil, gündəlik vərdişləri dəyişməklə də mümkündür.

İlk növbədə aylıq xərclərin siyahısını hazırlamaq tövsiyə olunur. İnsanların əksəriyyəti pulunun hara xərcləndiyini dəqiq izləmədiyi üçün lazımsız ödənişlər diqqətdən kənarda qalır. Digər vacib məqam impulsiv alış-verişdən uzaq durmaqdır. Mütəxəssislər hər hansı məhsulu almaq qərarını ən azı 24 saat təxirə salmağı məsləhət görürlər. Bu müddət ərzində həmin əşyaya həqiqətən ehtiyac olub-olmadığını müəyyən etmək daha asan olur.

Elektrik və su sərfiyyatına nəzarət də büdcəyə ciddi təsir edir. İstifadə edilməyən cihazların söndürülməsi, enerjiyə qənaət edən lampalardan istifadə və su israfının qarşısının alınması aylıq ödənişləri azalda bilər. Qida alış-verişinə siyahı ilə getmək də səmərəli üsullardan biridir. Araşdırmalar göstərir ki, plansız alış-veriş edən insanlar ehtiyaclarından daha çox məhsul alırlar.

Maliyyə ekspertləri hər ay gəlirin müəyyən hissəsini – hətta 5-10 faizini – ehtiyat fondu üçün ayırmağı tövsiyə edirlər. Kiçik məbləğlər belə zamanla gözlənilməz xərclər üçün maliyyə təhlükəsizliyi yarada bilər.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.