Putinə sual verən gürcü jurnalist zaldan çıxarıldı:"Rus qoşunlarını Abxaziya və Cənubi Osetiyadan nə vaxt çıxaracaqsınız?"

Rusiya Prezidenti Vladimir Putinlə Gürcüstanın “Rustavi 2” telekanalının əməkdaşı arasında gərgin anlar yaşanıb. 

Ali Avrasiya İqtisadi Şurasının Yerevanda keçirilən iclasından öncə gürcü jurnalist V. Putinə Rusiyanın qoşunlarını Abxaziya və Cənubi Osetiyadan nə vaxt çıxaracağı ilə bağlı sual ünvanlayıb.

V. Putin gürcü jurnalistə “Nə vaxt belə qərar versək”, – deyə bildirib.

Bundan sonra, jurnalist replika ilə cavab verib ki, Rusiya bu öhdəliyi öz üzərinə götürüb.

V. Putin isə cavabında “Biz hər zaman öhdəliklərimizi yerinə yetiririk” – deyə qeyd edib.

“Rustavi 2” telekanalının əməkdaşı mühafizəçilər tərəfindən ərazidən uzaqlaşdırılıb. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti İranda səfərdədir

Sonrakı məqalə

Hüseyn Abdullayevə hökm oxundu –