Putin 24 yaşlı gənc qızı Rusiya vətəndaşlığından məhrum etdi

4abc07f893ce455ca464e3d8d84c1061

Rusiya prezidenti Vladimir Putin D.İ.Mendeleyev adına Rusiya Kimya-Texnoloji Universitetinin 24 yaşlı məzununu vətəndaşlığından məhrum edib.

Azpost.info xəbər verir ki, buna Kseniya Meditskayanın Ukrayna vətəndaşlığını almaq istəməsi səbəb olub.

Kseniya Moskvada anadan olsa da onun valideynləri ukraynalıdır. Məlumata görə, 2021-ci ilin payızında o, Ukrayna vətəndaşlığına müraciət etmək üçün Kiyevə gedib. Ukraynadan ondan Rusiya pasportundan imtina etmək tələb olunub. Kseniya 2022-ci ilin fevralında Rusiyaya gedib, lakin xüsusi hərbi əməliyyatın başlaması səbəbindən geri qayıda bilməyib.

Bu gün – 2024-cü il yanvarın 9-da Putin gənc qızı Rusiya vətəndaşlığından məhrum edən fərman imzalayıb.

Azpost.info