Putin 3 yaşdan 7 yaşadək olan uşaqlara aylıq pul verilməsini təklif edib –QƏRAR

Rusiya prezidenti Vladimir Putin  ölkədə 3 yaşdan 7 yaşadək olan hər bir uşağa aylıq pul ödənilməsini təklif edib.

 Azpost.info bildirir ki, bu barədə Putin Federal Məclisə illik müraciətində çıxışı zamanı bəyan edib.  O bu məbləğin 1 yanvar 2020-ci ildən verilməsini vacib sayıb.

Prezident az gəliri olan ailələrin problemlərinə toxunub. Onun sözlərinə görə, əgər gəlirlər aşağıdırsa o zaman ailə birinici və ikinci uşağa görə, əlavə müavinət almalıdır. Bu ortalama 11 min rubl təşkil edir.

Putin deyib ki, Rusiyada azgəlirli ailələrin 80 faizi uşaqlı ailələrdir: “Bizim demoqrafik gələcəyimizə böyük təhlükə yaradan kəskin problem ailələrin aşağı gəlirləridir. Çox vaxt hər iki valideyn işləsə də qazancları  çox aşağı olur” –deyə Putin bildirib.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qanunsuz parklanmaya xüsusi avtomobillər nəzarət edəcək

Sonrakı məqalə

Ötən il Azərbaycan vətəndaşları Türkiyədə 1,1 mindən çox daşınmaz əmlak alıb