“Putin ABŞ-ın Rusiya ilə güc mövqeyindən danışmasına imkan verməyəcək” –

Peskov
30 Mart 2021 - 12:13

“Rusiya ABŞ və ya digər ölkənin onunla güc mövqeyindən danışmasına imkan verməyəcək”.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Arqumenti i faktı”ya müsahibəsində deyib.

“Heç kim ABŞ-ın Rusiya ilə güc mövqeyindən danışmasına imkan verməz. Bu, mümkün deyil. Amerikalılar mantra kimi təkrarlayırlar ki, hər kəslə güc mövqeyindən danışa bilərlər. Lakin nə Putin, nə də Rusiya rəhbərliyindən bir başqası amerikalıların və ya başqalarının bizimlə bu dildə danışmasına icazə verməyəcək. Bu, müzakirə predmeti deyil”, – deyə Kremlin sözçüsü bildirib.

ABŞ-la diplomatik münasibətlərin dayandırılmasının mümkün olub-olmadığı barədə suala Peskov “Ekstremal ssenarilər barədə danışmaq istəməzdim” cavabını deyib. Putinin mətbuat katibi Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovun Moskvaya məsləhətləşmə üçün dəvətini şərh edərək bildirib ki, məsələnin hazırkı Ağ Ev Administrasiyası dövründə Rusiya-ABŞ münasibətlərinin qiymətləndirilməsi ilə bağlı olduğunu əlavə edib. “Bundan sonra hansı istiqamətdə irəliləyəcəyimə dair daha aydın fikir formalaşacaq”, – deyə Peskov vurğulayıb.

Rusiya və ABŞ-ın hələ də müzakirə üçün ortaq mövzuları olub-olmaması barədə sualı cavablandıran Peskov bunları deyib: “Bu, strateji sabitlik, silahlara nəzarət və regional münaqişələrin həllidir. O münaqişələr ki, ABŞ müsbət rol oynaya bilər”.

Kremlin sözçüsü ABŞ-la İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı və bir sıra qlobal problemlər barədə danışmaq lazım olduğunu da söyləyib. (APA)