Putin beş generalı işdən azad edib

25 Dekabr 2019 - 22:13

Rusiya Prezidenti Vladimir Putin bir sıra nazirliklərin generallarını işdən azad edib. 

RİA Novosti-xəbər verir ki, bu barədəd Putin sərəncam imzalayıb.

Sərəncama uyğun olaraq, işdən kənarlaşdırılan generallar bunlardır: 

– Daxili İşlər Nazirliyinin Moskva Metropolitenində Baş İdarəsinin rəisi general Nikolay Savçenko;

– Daxili İşlər Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsinin rəis müavini, daxili xidmət general-mayoru Vyaçeslav Bolqov;

– Daxili İşlər Nazirliyinin Voronej vilayəti üzrə Baş İdarəsinin müavini, ədliyyə general-mayoru Vyaçeslav Vorontsov;

– Daxili İşlər Nazirliyinin Kriminalistika Baş İdarəsinin rəis müavini general-mayor Sergey Ryabov;

– Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Sankt-Peterburq Universiteti üzrə rəhbəri, daxili xidmət general-leytenantı Eduard Çijikov.

 

Rusiya prezidentinin digər sərəncamı ilə bu generallar yeni vəzifələrə təyinat alıblar:

– Daxili xidmət general-mayoru Vladimir Denejkin Yanğından Mühafizə Baş İdarəsinin rəis müavini – Fövqəladə Hallar Nazirliyinin Xüsusi İdarəsinin rəisi;

– Polis general-mayoru Leonid Kolomiyets, Daxili İşlər Nazirliyinin Tümen vilayəti üzrə İdarəsinin rəisi;

– Polis general-mayoru Aleksandr Pryadko, Daxili İşlər Nazirliyinin Arxangelsk vilayəti üzrə İdarəsinin rəisi.