Putin bu gün mətbuat konfransı keçirəcək

17 Dekabr 2020 - 09:37

Rusiya Prezidenti Vladimir Putin dekabrın 17-də ənənəvi ilsonu mətbuat konfransını keçirəcək.

COVID-19 pandemiyasına görə Putin konfransa Novo-Oqaryovodakı iqamətgahından qoşulacaq. Yerli və xarici media təmsilçiləri Moskvadakı Dünya Ticarət Mərkəzində olacaq, region mediası ilə videolink vasitəsilə əlaqə yaradılacaq.

Kremlin məlumatına görə, Rusiya və xaricdən 700-dən çox jurnalist tədbirə akkreditə olunub. Bu mətbuat konfransı adətən bir neçə saat çəkir.