Putin bu gün mətbuat konfransı keçirəcək

Rusiya Prezidenti Vladimir Putin dekabrın 17-də ənənəvi ilsonu mətbuat konfransını keçirəcək.

COVID-19 pandemiyasına görə Putin konfransa Novo-Oqaryovodakı iqamətgahından qoşulacaq. Yerli və xarici media təmsilçiləri Moskvadakı Dünya Ticarət Mərkəzində olacaq, region mediası ilə videolink vasitəsilə əlaqə yaradılacaq.

Kremlin məlumatına görə, Rusiya və xaricdən 700-dən çox jurnalist tədbirə akkreditə olunub. Bu mətbuat konfransı adətən bir neçə saat çəkir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanın ABŞ-dakı səfiri FOX News kanalının radio proqramına müsahibə verib

Sonrakı məqalə

Dünya Bankı Azərbaycanı “Ən islahatçı on ölkə” sırasına daxil edib –