Putin Buşa 11 sentyabr terroru ilə bağlı xəbərdarlıq edibmiş –MKİ-nin analitiki sirləri açıqldı

ABŞ-da 11 sentyabr terrorundan əvvəl Putin oğul Corc Buşa zəng vuraraq təhlükə barədə xəbərdar edib.

Azpost.info bildirir ki, bu barədə ABŞ-dan olan politoloq Corc Bibi yazdığı kitabında açıqlayıb: “Rus kəşfiyyatı hazırlanan cinayət barədə məlumat əldə edib. Hucumdan 2 gün əvvəl Putin Buşa zəng vururaq xəbərdarlıq edib. Putin deyib ki, rus kəşfiyyatı mənbəyi Əfqanıstandan gələn, çoxdan hazırlanan bir terror kampaniyasının əlamətlərini müəyyən edib”- deyə Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki yazıb.

Corc Bibi o illərdə Vaşinqtondakı milli maraq mərkəzinin vitse-prezidenti olub. O, MKİ-də Rusiya üzrə əsas analitik sayılıb. Bibi xatırladıb ki, terrorla bağlı ilk başsağlığını verən Rusiya prezidenti olub.

11 sentyabr 2001-ci ildə törədilən terror zamanı 2753 nəfər həlak olub.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

CHP-nin ən güclü fiqurlarından biri 10 ilə yaxın həbs cəzasına məhkum edildi 

Sonrakı məqalə

Bakıda şənbə günü hava yağmursuz olacaq –