Putin COVİD-ə yoluxmuş Ərdoğana teleqram göndərdi:
Rusiya Prezidenti Vladimir Putin koronavirus xəstəliyinə yoluxmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana teleqram göndərib.
Bu barədə Türkiyənin Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Teleqramda deyilir: “Dəyərli dostum, Sizə və xanımınıza səmimi dəstəyimi bildirmək istərdim. Əminəm ki, həyat enerjiniz və xoş əhval-ruhiyyəniz sizə ən qısa zamanda virusun öhdəsindən gəlməyə kömək edəcək. Hər ikinizə səmimi qəlbdən şəfa və uzun illər cansağlığı arzulayıram”
