“Putin elə bildi ordunu duz-çörəklə qarşılayacaqlar, planı alt-üst oldu” –

alman kansler

“Putin Ukraynaya genişmiqyaslı müdaxilə ilə istədiyinin tam əksini əldə etdi. O, həqiqətən də ukraynalıların onun ordusunu duz-çörəklə qarşılayacağını düşünürdü”.

Azpost.info bildirir ki, bu barədə Almaniyanın kansleri Olaf Şoltz  ARD-yə müsahibəsində deyib.

“Əslində, bütün Ukrayna bir millət kimi birlikdə yetişdi”, – deyə Şoltz əlavə edib.

Kansler vurğulayıb ki, ukraynalılar Rusiya işğalçısına müqavimət göstərməklə Putinin planlarını alt-üst ediblər.

Onun fikrincə, Putin öz hərəkəti ilə NATO-nun şərq cinahının müdafiəsini gücləndirməsinə də səbəb oldu.