Rusiya Prezidenti Vladimir Putin Belqorod vilayətində raketlə vurulan İl-76 hərbi nəqliyyat təyyarəsi ilə bağlı insidentə münasibət bildirib.
Putin hərbi təyyarənin vurulmasında Ukrayna tərəfini ittiham edib.
“Aydındır ki, İl-76 Kiyevin nəzarətində olan ərazilərdən buraxılan raketlərlə vurulub. Ukrayna Baş Kəşfiyyat İdarəsi İl-76-nın göyərtəsində ukraynalı hərbi əsirlərin olduğunu bilirdi” – deyə Rusiya prezidenti vurğulayıb.
“İl-76″ təyyarəsinin qəzaya uğradığı yerdən ələ keçirilən silahların Fransa və ya ABŞ-ın hava hücumundan müdafiə sisteminə aid olduğu deyilir. Bu, bir neçə günə bəlli olacaq” – Putin qeyd edib.
Putin əlavə edib ki, “İl-76” işi üzrə təhqiqatın nəticələri açıqlanacaq ki, Ukrayna xalqı bundan xəbər tutsun.