“Putin heç vaxt Zelenski ilə görüşdən imtina etməyib”- Kremldən açıqlama

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında Qazaxıstanda görüşün keçirilməsi təklifinə münasibət bildirib.

APA-nın Rusiya bürosunun məlumatına görə, D. Peskov deyib ki, Kreml N. Nazarbayevin Moskva və Kiyev arasında münasibətlərin yaxşılaşdırılması üçün səylərini yüksək qiymətləndirir.

“Putin heç vaxt Zelenski ilə görüşdən imtina etməyib. Rusiya Prezidenti hesab edir ki, görüş xətrinə görüş az xeyir gətirir. Görüş yaxşı hazırlanmalıdır. Bununla əlaqədar biz hamımız “Normandiya formatı”nda prosesin hazırlığına diqqətimizi yönəltmişik. Əlbəttə ki, bunun üçün tərəflər Minskdə üzərlərinə götürdükləri bütün öhdəlikləri yerinə yetirməlidirlər”, – deyə Kremlin sözçüsü bildirib.

D. Peskov V. Putinin Kiyev və Moskva arasındakı münasibətlərin normal səviyyəyə düşməsinin tərəfdarı olduğunu da vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Moldova parlamenti hökumətə etimadsızlıq göstərib

Sonrakı məqalə

28 yaşlı qadın doğuşdan sonra ölüb