Putin İranın yeni seçilmiş ali Rəhbərini təbrik edib

https://www.leader.ir/fa/pictures/album/2482/grid?img=71710_503.jpg

Rusiya Prezidenti Vladimir Putin Müctəba Xameneini İranın Ali Rəhbəri seçilməsi münasibətilə təbrik edib.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Putin Rusiyanın İran İslam Respublikasının etibarlı tərəfdaşı olduğunu və belə də qalacağını qeyd edib.

“İndi İran silahlı təcavüzlə üzləşdiyi bir vaxtda sizin bu yüksək vəzifədə çalışmağınız şübhəsiz ki, böyük cəsarət və fədakarlıq tələb edəcək.

Öz tərəfimdən Tehrana sarsılmaz dəstəyimizi və iranlı dostlarımızla həmrəyliyimizi bir daha təsdiqləmək istəyirəm. Rusiya İslam Respublikasının etibarlı tərəfdaşı olub və olacaq”, – məlumatda bildirilib.

 

Qeyd edək ki, Ayətullah Seyid Əli Xameneinin oğlu Müctəba Xamenei İranın yeni Ali Rəhbəri seçilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.