Rusiya prezidenti Vladimir Putin iyulun 1-ni Rusiya Federasiyası konstitusiyasına dəyişikliklə bağlı səsvermənin başlanğıc günü kimi təsdiqləyib.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir. Rusiya dövlət başçısı MSK, “Rospotrebnadzor” və regionların rəhbərlərinə məntəqələrdə tam təhlükəsizliyin təmin edilməsi üçün göstəriş verib.
Daha əvvəl konstitutsiyaya dəyişikliklərlə bağlı səsvermə aprelin 22-nə təyin edilsə də, martın sonlarında koronavirus infeksiyasının yayılması səbəbindən V.Putin onun ertələndiyini elan etmişdi.