Jurnalist Pavel Zarubin Rusiya prezidenti Vladimir Putinin mənzilindən kadrları yayıb.
“Kommersant” xəbər verir ki, mənzil onun Kremldəki ofisinin yanında yerləşir.
Yayımlanan görüntülərdə yaşayış binasının interyeri əks olunub. Mənzildə küncdə ağ piano var. Güzgünün yanında imperator III Aleksandrın portreti var.
2023-cü ildə Rusiya prezidenti bu mənzildə Çin sədri Si Cinpini qəbul edib.
“Sobanın yanında oturub çay içərək hər şeyi tələsmədən danışdıq”, – Vladimir Putin həmin görüşü təsvir edib.
O zaman Rusiya prezidenti bu mənzilə tez-tez baş çəkdiyini bildirib.