Putin Makronun tələblərinə razılıq verib –Liderlər arasında telefon söhbəti olub

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” Yelisey sarayına istinadən məlumat yayıb.

“Makron Ukraynaya hucumun dayandırılması ilə bağlı beynəlxalq ictimaiyyətin tələbini təkrarlayıb. Fransa prezidenti atəşin dərhal dayandırılmasının vacibliyini təsdiq edib”-deyə Yelisey sarayının yaydığı məlumatda bildirilir.

Məlumata görə, söhbət zamanı Makron mülki infrastrukturun atəşə tutulmasının yolverilməz olduğunu bəyan edib, həmçinin mülki şəxslərin ictimai yollara çıxışına mane olmamağa tələb edib. Putin rus qoşunlarının bu tələbləri yerinə yetirməyə hazır olduğunu təsdiqləyib və yaxın günlərdə fransalı həmkarı ilə əlaqə saxlamağa razılaşıb.

Putin Makrona Moskvanın Ukrayna nümayəndələri ilə danışıqlara açıq olduğunu bildirib. Eyni zamanda, vurğulayıb ki, Ukrayna məsələsinin həlli üçün Rusiyanın maraqları nəzərə alınmalıdır. Bura Krımın Kiyev tərəfindən tanınması, Ukraynanın denasionalizasiyası və demilitarizasiyası və ölkəyə neytral statusun verilməsi daxildir.

Azpost.info

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiya Ukrayna danışıqlarının üçüncü raundu başlanıb

Sonrakı məqalə

Putin Qərbə qarşı xüsusi sanksiyaların tətbiqi barədə fərman imzalayıb