Putin MDB-də dollardan imtina etməyi təklif etdi –“Valyuta siyasətimizi razılaşdırmalıyıq”

MDB dövlət başçılarının Türkmənistanda keçirilən zirvə görüşündə Rusiya prezidenti Vladimir Putin postsovet məkanının valyuta risklərindən qorumaq üçün tədbirlər görməyi təklif edib.

Azpost.info bildirir ki, Putin MDB dövlətləri arasında milli valyutalarda hesablaşmaların mühüm aspekt olduğunu bildirib: “Milli valyutalarda hesablaşma mühüm aspektdir. Bu gün dünyanın üzləşdiyi problemlər ticarət müharibələrinin, müxtəlif məhdudiyyətlərin nəticəsidir.  Biz bunları görürük. Əlbəttə özümüzü valyuta risklərindən qorumalıyıq. Valyuta sahəsində əməkdaşlığı inkişaf etdirmək, valyuta siyasətmizi razılaşdırmalıyıq.  Əgər nə vaxtsa buna çatsaq   bu zaman ümumi maliyyə bazarının formalaşmasından danışmaq olar. Əminəm ki, bu bizim ümumi rəqabətə davamlılığımızın xeyrinə olacaq”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan və Avropa İttifaqı vizanın sadələşdirilməsi ilə bağlı iclas keçirəcək

Sonrakı məqalə

“Leş Elgün” də ələ keçdi –