Putin MDB üzrə kuratorunu vəzifəsindən azad etdi-Yeni təyinat oldu

Rusiya Prezidenti Vladimir Putin Qriqori Karasini stats-katib – Xarici İşlər nazirinin müavini vəzifəsindən azad edib.

Azpost.info xəbər verir ki, bu barədə Fərman sentyabrın 10-da dərc olunub. Rusiya dövlətinin başçısı digər Fərmanı ilə Yevgeni İvanovu bu vəzifəyə təyin edib.

Q.Karasin stats-katib – xarici işlər nazirinin müavini vəzifəsində 2005-ci ildən çalışırdı. O, MDB dövlətləri ilə ikitərəfli münasibətlər sahəsinə kuratorluq edirdi.

Yevgeni İvanov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. 1995-ci ildən Rusiya Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən nazirin katibliyinin rəhbəri və konsulluq departamentinin direktoru işləyib. 2017-ci ildən Xarici İşlər nazirinin müavinidir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dünya Mətbuat Şuralarının rəhbərləri Bakıya gəlir –

Sonrakı məqalə

Trampdan gözlənilməz addım –