Putin Merkel və Makronla videomüşavirə formatında görüşüb

31 Mart 2021 - 01:46

Rusiya prezidenti Vladimir Putin, Almaniyanın federal kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makron arasında videomüşavirə formatında görüş olub.

Kremlin mətbuat xidməti xəbər verir ki, görüşdə əsasən koronavirus pandemiyasına qarşı mübarizədə səylərin birləşdirilməsinə yer verilib.

“Görüşdə əsas diqqət ümumi təhlükə hesab olunan koronavirus pandemiyasına qarşı mübarizədə səylərin birləşdirilməsinə verilib. Bu çərçivədə liderlər xəstəliyin daha da yayılmasının qarşısını almaq üçün tədbirlərə xüsusi diqqət ayırıblar. Xüsusilə Rusiyanın “Sputnik V” peyvəndinin Avropa Birliyində qeydiyyata alınmasının perspektivləri, həmçinin bu dərmanın tədarükü və AB ölkələrində birgə istehsalı məsələlərinə toxunulub”, – deyə məlumatda qeyd olunub.

Üçtərəfli görüşdə, habelə Ukraynanın Donbass bölgəsindəki gərginlik, Liviyada atəşkəs məsələləri və Rusiya ilə AB arasında qarşılıqlı münasibətlər, rusiyalı bloger Aleksey Navalnı ətrafında yaranmış qalmaqal müzakirə mövzusuna çevrilib.