Putin müdafiə nazirinə yeni səlahiyyətlər verib

Rusiya prezidenti Vladimir Putin müdafiə nazirinə yeni səlahiyyətlər verib.

Azpost.info xəbər verir ki, Putin bununla bağlı fərman imzalayıb.

Buna əsasən, Müdafiə Nazirliyinin tabeliyində olan strukturlarda vətəndaşların dövlət sirri ilə tanış olmasının qeydiyyata alınması və onlara çıxışına xitam verilməsi qaydasını müəyyən etmək səlahiyyəti müdafiə nazirində olacaq.

Rəsmi-hüquqi informasiya portalında dərc olunan sənəddə deyilir ki, Rusiya Müdafiə Nazirliyi haqqında Əsasnaməyə bununla bağlı yeniliklər daxil edilib.

Azpost.info

Əvvəlki məqalə

Türk Dövlətləri Təşkilatı Ədliyyə Nazirləri Şurasının iclası Azərbaycanda keçiriləcək

Sonrakı məqalə

“Nar”ın dəstəyi ilə “Breyn Rinq: Bilik Kuboku” uğrunda mübarizə başladı