Putin Narışkinin Yaqub Eyyubovla ailəvi dostluğu barədə yayılan məlumatla maraqlanmayıb

21 Dekabr 2020 - 16:00

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında Putinin Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin Azərbaycan diasporası ilə əlaqələri barədə məlumatlara münasibətindən danışıb.

Onun sözlərinə görə, Putin bu məlumatla maraqlanmayıb.

Bundan əvvəl “Proekt” nəşri Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin Dağlıq Qarabağdakı payız müharibəsi zamanı Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyubovun ailəsi ilə birgə Moskvada olduğunu iddia edilən araşdırma aparmışdı.

Bundan əlavə, Narışkinin Azərbaycanda anadan olan iş adamı Qod Nisanovla yaxın əlaqələri olduğu və onun əmlakından istifadə etdiyi iddia edilir.

“Xeyr, bu, prezidenti maraqlandırmayıb”, – deyə Peskov jurnalistlərin Putinin Azərbaycan diasporası ilə əlaqəli Narışkin haqqında danışılanların maraqlı olub-olmadığı barədə sualını cavablandırıb.

Bu məsələnin iclasda müzakirə olunub-olunmaması barədə aydınlaşdırıcı suala prezidentin mətbuat katibi mənfi cavab verib.